Türkiyənin Ukraynaya kasetli sursat göndərməsi barədə informasiyanın dəqiq olduğunu demək çətindir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında söyləyib.
D.Peskov deyib ki, rəsmi Moskva bu xəbərləri diqqətlə izləyir.
Xatırladaq ki, “Foreign Policy” jurnalı guya Türkiyənin Ukraynaya ABŞ istehsalı olan kasetli sursatlar göndərdiyini yazmışdı. Kremlin sözçüsü bildirib ki, Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatları və onların sursatlarını göndərməsi Rusiyaya məlumdur. O əlavə edib ki, Türkiyənin həm NATO üzvü kimi, həm də müstəqil dövlət kimi digər ölkələrlə ikitərəfli münasibətləri var.
“Eyni zamanda, bizi Türkiyə ilə qarşılıqlı fayda, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ən mürəkkəb problemləri müzakirə etməyə hazırlığa əsaslanan qarşılıqlı tərəfdaşlıq münasibətləri birləşdirir”, -deyə D.Peskov vurğulayıb.