ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemindəki nasazlıq ölkə daxilində təyyarələrin uçuşlarında gecikmələrə səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb
Həmçinin qeyd olunub ki, pilotları təhlükələr və yenilənmiş məlumatlarla təmin edən hava limanı qurğularının və bildiriş sisteminin (NOTAM) fəaliyyətini bərpa etmək üçün FAA tərəfindən lazımi işlər görülür.
Hazırda ölkə daxilində bütün reyslər təxirə salınıb.