Cənubi Sudanda silahlıların hücumları nəticəsində BMT-nin azı 3 humanitar yardım əməkdaşı və 11 mülki şəxs həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi məlumat yayıb.
İdarənin Cənubi Sudandakı missiyasının rəhbəri Peter van der Auweraert bildirib ki, silahlı hücumlar Abyei inzibati zonasında həyata keçirilib.
O xatırladıb ki, 2022-ci ildə sərhəd bölgəsində BMT-nin 9 əməkdaşı həlak olub.