Emmanuel Makron müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəmək niyyətində deyil

A- A A+

Fransa Prezidenti Emmanuel Makron müstəmləkəçilik dövrünə görə Əlcəzairdən üzr istəmək niyyətində deyil.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, E.Makron bu barədə “Le Point” qəzetinə müsahibəsində deyib.

O, iki ölkəni barışdırmaq üçün birgə səyləri davam etdirmək məqsədilə əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə inanır.

“Mən üzr istəməyə ehtiyac görmürəm, məsələ bu deyil. Çünki belə jest bütün əlaqələri qıra bilər", - deyə Fransa Prezidenti deyib.

Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti nəticəsində 1,5 milyon əlcəzairli qətlə yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: