Fransa vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

A- A A+

Fransanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Charlie Hebdo” jurnalında İranın ali liderinin karikaturalarının dərci ilə əlaqədar Paris və Tehran arasında yaranmış gərginliklə bağlı sualları cavablandırarkən deyib.

“Fransa bütün dünyada mətbuat azadlığına və jurnalistlərin müdafiəsinə sadiqliyini bir daha bəyan edir”, - diplomat bildirib.

"İran hakimiyyətinə xatırladırıq ki, onlar bu ölkədəki vətəndaşlarımızın təhlükəsizliyinə cavabdehdirlər. Həmçinin qanunsuz həbs riskinin yüksək olduğunu nəzərə alaraq, İrana hər hansı səfərdən çəkinməyi rəsmi şəkildə tövsiyə edirik", - XİN nümayəndəsi vurğulayıb.

Yanvarın 8-də İranın ali dini lideri Ayətullah Əli Xameneinin “Charlie Hebdo”da karikaturaları dərc edildikdən sonra onlarla nümayişçi Fransanın Tehrandakı səfirliyi qarşısında toplaşıb. Məlumata görə, etirazçılar səfirliyin qarşısında Fransa bayrağını da yandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: