Mövlud Çavuşoğlu: "Ukraynadan digər ölkələrə 17 milyon ton taxıl daşınıb"

A- A A+

“Taxıl sazişi” vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ruandalı həmkarı Vincent Biruta ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, taxıl daşınmaları zamanı kasıb ölkələr xüsusilə nəzərə alınır: “Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiyanın dövlət başçısı Vladimir Putin taxılın kasıb ölkələrə, o cümlədən Afrikaya daşınmasını dəstəkləyirlər. Eyni zamanda gübrə daşınmasına da kömək edəcəyik”.

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalanıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib. Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: