Ermənistan KTMT-ni fəaliyyətsizlikdə ittiham edib

A- A A+

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ya fəaliyyət göstərməli, ya da mövcud olmadığını bildirməlidir”.

NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.

O, KTMT-ni məsuliyyət zonasını müəyyən etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında KTMT sülhməramlılarının ölkə ərazisində təlim keçməsini məqsədəuyğun saymadıqlarını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: