“Rusiya 2 milyonluq ordu yaratmağa çalışır. Bunun üçün həmin ölkə yeni səfərbərlik dalğaları keçirəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Qeyd olunub ki, birinci səfərbərlik dalğası nəticəsində Rusiya Silahlı Qüvvələrinə 300 min nəfər çağırılıb: “Həmin şəxslər qısa hazırlıqdan sonra Ukraynadakı döyüş bölgəsinə göndərilir".
Ukraynanın hərbi kəşfiyyatı istisna etmir ki, Rusiya rəhbərliyi yaxın günlərdə növbəti səfərbərlik dalğası elan edəcək: "Daha 500 min rusiyalı Rusiya Silahlı Qüvvələrinə daxil olacaq ki, bu da həmin ölkəyə strateji ehtiyatlar yaratmağa imkan verəcək”.
Kəşfiyyat məlumatlarına görə, Rusiya artıq yeni səfərbərlik dalğasına hazırlıq görür: “Bunun üçün çağırışın keçirilməsini tənzimləyəcək qanunlara dəyişikliklər edirlər”.