Nursultan Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığı hüququnu itirir

A- A A+

Qazaxıstan parlamenti cümə günü “Qazaxıstan Respublikasının birinci prezidenti - Elbası haqqında” qanunun qüvvədən düşməsi barədə qərar qəbul etdikdən sonra Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Kazınform agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev bildirib. Onun sözlərinə görə, “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna uyğun olaraq Nursultan Nazarbayevin şəxsi toxunulmazlığı, o cümlədən, sosial təminatı, müdafiəsi, nəqliyyat xidmətləri və xidməti mənzillə təminatı normaları qüvvədə qalacaq.

Xatırladaq ki, ölkə parlamenti yanvarın 13-də hər iki palatanın birgə iclasında “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” qanunu qüvvədən düşmüş hesab edib. Bundan sonra qanun layihəsi imzalanması üçün Qazaxıstan Prezidentinə göndəriləcək.

“Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” qanun Nursultan Nazarbayevin və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Qanun sabiq prezidentin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ verirdi. Bundan sonra isə onun səlahiyyətləri prezident haqqında qanunla tənzimlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: