Fransa Qarabağın müstəqilliyini tanımır.
NUHÇIXAN İnformasiya Agentliyi "armenpress"ə istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pivet Ermənistan parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”,- o bildirib.