Rusiya qərb sərhədlərini Su-25 hücum təyyarələri ilə gücləndiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsi gücləndiriləcək və hücum təyyarələrinin vəzifəsi döyüş meydanında Quru Qoşunlarına dəstək vermək, həmçinin ordunun aviasiya helikopterləri ilə qarşılıqlı əlaqə olacaq.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsində Su-25 döyüş təyyarələrinin mövcud olduğu hərbi hissə 2009-cu ildə ləğv edilib.