İndoneziyanın Cənubi Sumatra əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Baturaya şəhərindən 133 kilometr cənub-qərbdə, ocağı isə 66 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.