“Johnson & Johnson” koronavirus peyvəndi istehsalını azaldacaq

A- A A+

“Johnson & Johnson” koronavirus peyvəndinin istehsalını azaltmaq qərarına gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi “The Wall Street Journal”a istinadla xəbər verir ki, “Johnson & Johnson” tələbin azalması səbəbindən “Catalent” və “Sanofi” ilə peyvənd istehsalı üçün imzalanan müqavilələri ləğv edib.

Nəşrin məlumatına görə, “Johnson & Johnson” tərəfindən hazırlanmış koronavirus peyvəndi 2021-ci ilin fevralında ABŞ-da istifadə üçün bütün təsdiqləri alıb. O dövrdə ABŞ səlahiyyətlilərinin dərmandan böyük gözləntiləri var idi. Çünki “Moderna” və ya “Pfizer”dən fərqli olaraq, “Johnson & Johnson” peyvəndi bir komponentlidir və saxlama şərtləri daha uyğundur. Bununla belə istehsalın artırılması ilə bağlı problemlər, həmçinin peyvənddən sonra aşkarlanmış qan laxtalanma riski bu peyvəndi seçən amerikalıların sayının rəqiblərdən dəfələrlə az olmasına səbəb oldu.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ölkədə təxminən 400 milyon doza “Pfizer”, 290 milyon doza “Moderna” və 19 milyon doza “Johnson & Johnson” peyvəndi istifadə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: