WSJ: ABŞ administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışacaq
ABŞ Prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadla “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 hava-hava raketi və 800 bomba satmaq niyyətindədir.
Silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna olunmur.
Qəzet qeyd edir ki, F-16-ların Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil F-35 qırıcılarının satışını da təsdiqləyə bilərlər.