Ermənistanın “Daşnaksütyun” Partiyasının Verdibasar (Ararat) bölgə komitəsinin üzvü Qarnik Manukyan həbs edilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat verib.
T.Avetisyanın sözlərinə görə, Ermənistan məhkəməsinin qərarı ilə Q.Manukyana iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, “Daşnaksütyun” Partiyasının üzvlərinin mənzillərində axtarışlar və fəalların həbsləri bir neçə gündür davam edir.