Böyük Britaniya yaxın həftələrdə Ukraynaya 14 “Challenger 2” tankını təhvil verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukrayna ilə bağlı dərc olunan strategiyasında qeyd olunub.
"Ukraynaya “Challenger 2” tanklarını göndərməklə, Britaniya Kiyevə müttəfiqlərdən silah tədarükünü artırmaq üçün dünyada diplomatik fəaliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Baş nazir Rişi Sunak Prezident Volodimir Zelenskiyə Böyük Britaniyanın Ukraynaya quruda gedən müharibədə əlavə dəstək verəcəyini söylədikdən sonra yaxın həftələrdə 14 tankdan ibarət eskadron ölkəyə göndəriləcək”, - məlumatda qeyd edilib.