Nepalda qəzaya uğrayan təyyarədə dörd Rusiya vətəndaşı olub

A- A A+

Nepalda qəzaya uğrayan təyyarədə dörd Rusiya vətəndaşı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Nepaldakı səfirliyindən məlumat verilib. Təyyarədə olan rusiyalıların taleyi barədə hələlik informasiya yoxdur.

Xatırladaq ki, Nepalda göyərtəsində 68 sərnişin və 4 heyət üzvü olan təyyarə bu gün qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olanların hamısının həlak olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: