Nepal hökuməti "Yeti" Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar 16 yanvar gününü matəm elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nepalın “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Qeyd edək ki, "Yeti" Hava Yollarına məxsus təyyarə Katmandu-Poxara reysi ilə hərəkət edib. Təyyarədə 72 nəfər, o cümlədən 53 Nepal və 15 xarici vətəndaş olub.