Gürcüstanın Xalq artisti, tanınmış gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, bəstəkar Vaxtanq (Buba) Kikabidze uzun sürən ağır xəstəlikdən sonra 84 yaşında vəfat edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə tanınmış mədəniyyət xadiminin yaxınları və dostları sosial şəbəkələrdə məlumat yayıblar.
Qeyd edək ki, Buba Kikabidze 1959-1965-ci illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, 1961-1963-cü illərdə isə Xarici Dillər İnstitutunda təhsil alıb. O, 1959-cu ildən Gürcüstan Filarmoniyasının artisti idi.
V.Kikabidze kinematoqrafiya sahəsində bir çox unudulmaz obrazlar yaradıb. Buba 50-yə yaxın filmdə çəkilib.
O, “Narahat olma!”, “Mimino”, “Veri rayon melodiyaları” və digər əsərlərdə yaratdığı obrazlarla yadda qalıb.
Buba 2020-ci ildə 10-cu çağırış Gürcüstan parlamentinin deputatı seçilib.
“Çartaxan-70” beynəlxalq kinofestivalında “Ümidsiz olma” (1969) filmində kişi rolunun ən yaxşı ifasına görə mükafat alıb.
"Mimino" filminə görə isə yüksək dövlət mükafatına layiq görülüb. SSRİ dövlət mükafatı laureatı, Ukraynanın Əməkdar artisti və digər mükafatlar alıb.