Nepalda Katmandu-Poxara reysi ilə uçan “ATR 72” tipli təyyarənin qəzaya uğraması nəticəsində 72 nəfər ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nepal Mülki Aviasiya İdarəsi məlumat yayıb. Yerli hakimiyyət orqanları 29 cəsədin tapıldığını açıqlayıb.
Təyyarənin qəzaya uğradığı Kaski rayon administrasiyasının nümayəndələri bir neçə nəfərin sağ qaldığını bildiriblər.
Qeyd edək ki, pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Təyyarədə 72 nəfər - 68 sərnişin və 4 heyət üzvü vardı. Sərnişinlərdən 15-i Rusiya, Avstraliya, Fransa, Argentina, Hindistan, Cənubi Koreya və İrlandiya vətəndaşı olub.