Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı artmaqdadır

A- A A+

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbərinin müşaviri Natalya Babçenko məlumat verib.

O qeyd edib ki, dağıntılar altında 30-40 nəfər ola bilər. Eyni zamanda 75 mülki şəxs artıq xəstəxanalara müraciət edib. Xilasetmə işləri davam edir.

Babçenko həmçinin əlavə edib ki, 13 sakin ağır vəziyyətdə xəstəxanalardadır, onlardan biri doqquz yaşlı qızdır - ruslar raket zərbəsi endirən zaman o, evin yaxınlığında gəzirmiş.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: