Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasının raket hücumuna məruz qalması nəticəsində ölənlərin sayı 35-ə, 14-ü uşaq olmaqla yaralıların sayı 75 nəfərə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.
Onun sözlərinə görə, 39 nəfər dağıntılar altından xilas edilib. Dağıntılar altında qalanların xilas edilməsi əməliyyatı davam edir.
Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.
Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib.