“MKK-1” adlı quru yük gəmisinin saya oturması səbəbindən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gəminin xilas edilməsi üçün tədbirlər görülür.
Bildirilir ki, Palau bayrağı altında üzən “MKK-1” Ukraynadan gələrək İstanbul boğazında lövbər salıb. Gəmi nasazlıqdan sahilə doğru sürüklənib və saya oturub.