Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

A- A A+

Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ANI agentliyi Katmandu hava limanının nümayəndəsinə istinadla məlumat yayıb.

Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Pokhara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. Onların arasında 53 Nepal vətəndaşı və 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: