Bu gün Davosda növbəti Dünya İqtisadi Forumu işə başlayır

A- A A+

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işə başlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, forum koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq yenidən öz ənənəvi formatında baş tutacaq. Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gələcək, cəmiyyəti və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələr aparılacaq.

Builki forumun siyasi çalarları mətbuatın diqqət mərkəzində dayanır: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlardır.

Davos Forumunun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.

Forum öz işinə yanvarın 20-də yekun vuracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: