Əfqanıstanda 20 nəfər soyuqdan ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib

A- A A+

Əfqanıstanda son bir neçə gün ərzində davam edən soyuq hava şəraiti və qar nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "TOLOnews" telekanalı məlumat yayıb.

Bundan başqa, temperaturun aşağı düşməsi səbəbindən azı 4 000 mal-qara tələf olub, bir neçə min hektarlıq kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi həftə ərzində Əfqanıstanın bəzi bölgələrində temperaturun 35 dərəcə şaxtaya enə biləcəyi barədə xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: