Qazaxıstan parlamentinin yuxarı palatasına 20 deputat seçilib

A- A A+

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yanvarın 14-də Senata (parlamentin yuxarı palatası) keçirilən seçkilərdə səsvermənin nəticələrinə yekun vurub.

NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, ölkənin hər bölgəsindən bir nəfər olmaqla 20 deputat seçildi. Seçkilərdə alternativ prinsiplərin qorunub saxlandığını bildirən MSK sədri Nurlan Abdirov namizədlərin yüksək rəqabət səviyyəsini qeyd edib.

Senata seçkilər üçün ilkin olaraq 130 namizəd irəli sürülüb. Bütün zəruri prosedurlar həyata keçirildikdən sonra bülletenlərə 55 namizədin adı daxil edilib. Ərazi seçki komissiyalarının məlumatına görə, 3167 seçkicidən 2904-ü və ya 91,7 faizi səsvermədə iştirak edib.

Seçilmiş 20 deputatın 3-ü qadın və 17-si kişidir.

Parlamentin yuxarı palatası 20 rayonun (17 rayon, iki respublika əhəmiyyətli şəhər və paytaxt) hər birindən iki deputat olmaqla formalaşdırılır. Əvvəllər 15 deputat Qazaxıstan prezidenti tərəfindən təyin edilirdi, sonradan bu say 10-a endirilib. Senat üzvlərinin səlahiyyət müddəti altı ildir. Onların yarısı hər üç ildən bir yenidən seçilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: