Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Kiyevə səfərə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Osmani tviter səhifəsində yazıb.
"Qatarla doqquz saatlıq yol qət edərək, nəhayət Kiyevə çatdıq. Biz Ukrayna liderləri ilə regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi və yerlərdə insanlara kömək etmək yollarını müzakirə etmək üçün məhsuldar görüşlər keçirəcəyik", - deyə ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib.