Seneqalın şimalında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb, 20-dən çox adam yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Əl Cəzirə“ məlumat yayıb.
Bildirilib ki, Seneqalın Qəza Sakal şəhəri yaxınlığında baş vermiş hadisənin təfərrüatları araşdırılır.
Xatırladaq ki, 1 həftə öncə ölkənin mərkəz hissəsində yerləşən Kafrin şəhəri yaxınlığında da qəza baş verib. Həmin hadisə zamanı iki avtobusun toqquşması nəticəsində 42 nəfər ölüb.