Ermənistanda ətraf mühit əvvəlkindən daha çox çirkləndirilir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanda ətraf mühit indi əvvəlkindən daha çox çirkləndirilir.

Qeyd edilir ki, dövlət orqanları kimi ətraf mühiti mühafizə təşkilatları plastik polietilen paketlərlə ətraf mühitin çirklənməsinin həcminin il ərzində nə qədər azaldığı barədə dəqiq məlumatlara malik deyillər.

Plastik tullantıların toplanması kampaniyalarını təşkil edən “Eko tullantı” QHT-nin proqram meneceri Vahe Salahyan bildirib ki, bu gün yaşıl ərazilərdə qalınlığı 50 mikrondan çox olan “yeni”, qalın paketlər artıq çox yayılıb.

"Fakt budur ki, zibilləri düz küçəyə atmağa öyrəşmiş insanların davranışında heç nə dəyişməyib. Əvvəlki kimi onlar zibilləri hər yerə, o cümlədən "qalın" plastik paketlərdə atmaqda davam edirlər”, - o deyib.

2022-ci il yanvarın 1-dən Ermənistanın satış məntəqələrində qalınlığı 50 mikrona qədər olan polietilen paketlərin və torbaların satışına qadağa qoyulub. O vaxtdan İrəvan supermarketlərində qiyməti 10-15 dram olan bağlamalar indi 50 drama satılır.

İrəvan Bələdiyyəsinin məlumatına görə, 2022-ci il ərzində bələdiyyə və inzibati ərazi dairələrinin əməkdaşları torbaların qalınlığını yoxlamaq üçün paytaxtın satış məntəqələrinə 180 yoxlama həyata keçirilib. Qalınlığı 50 mikrona qədər olan polietilen paketlərin satışı və ya pulsuz verilməsi ilə bağlı 139 protokol tərtib edilib.

Ermənistanın Ətraf Mühit Nazirliyi isə bildirib ki, ölkədə ətraf mühitin çirkləndirilməsi halları azalmayıb. Respublikada qalınlığı 50 mikrondan az olan plastik paketlərin satışına qanunla qoyulan qadağa gözlənilən nəticəni verməyib.

Nazirlik polietilen torbalara qoyulan qadağanın səmərəsizliyini zəif motivasiya ilə, habelə vətəndaşların ekoloji maarifləndirmə səviyyəsinin aşağı olması, hüquqi alətlərin və nəzarət imkanlarının olmaması ilə izah edir.

Qeyd edək ki, Ermənistanda 2022-ci il yanvarın 1-dən 50 mikrondan nazik paketlərin satışına qadağa qoyulub. Qadağanın pozulmasına görə cərimə 30 min dram (təxminən 75 ABŞ dolları-red) təşkil edir. Lakin qadağa əks effekt verib – belə ki, plastik paketlərin qiyməti daha da bahalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: