Vitali Kliçko: Kiyevin enerji infrastrukturu hər an çökə bilər

A- A A+

Kiyevin enerji infrastrukturu hər an sıradan çıxa bilər, çünki Rusiya mühüm obyektlərə zərbə endirmək imkanına malikdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Reuters” agentliyinə müsahibəsində deyib.

“Biz çöküşdən danışmırıq, lakin bu, hər an baş verə bilər. Çünki Rusiya raketləri bizim doğma şəhərimiz Kiyevdə və təkcə orada deyil, digər şəhərlərdə də kritik infrastrukturumuzu məhv edə bilər”, - deyə V.Kliçko bildirib.

Kiyev meri əlavə edib ki, Kiyevdə elektrik enerjisi çatışmazlığı təxminən 30 faiz təşkil edir.

Ukraynanın energetika naziri Herman Qaluşenko Kiyev, Vinnitsa, İvano-Frankivsk, Lvov və Xarkov vilayətlərində, eləcə də Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində enerji infrastrukturu obyektlərinə ziyan dəydiyini bildirib. Ukraynanın əksər bölgələrində fövqəladə elektrik enerjisi kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: