Ukrayna 7 ayda 1 600 pilotsuz təyyarə alıb

A- A A+

Ukrayna hakimiyyəti yeddi ay ərzində qiyməti 81 milyon ABŞ dollarından çox olan 1 600-ə yaxın pilotsuz uçuş aparatın istehsalı üzrə müqavilələr imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu rəqəmsal transformasiya naziri Mixailo Fedorov "PUA istehsalı: imkanlar və çağırışlar" adlı konfransda deyib.

"Dronlar ordusu” layihəsi sayəsində UNITED24 platforması çərçivəsində ordumuzu ən yaxşı “quş”larla təmin edirik və Ukrayna PUA istehsalçılarının inkişafını stimullaşdırırıq. Layihənin mövcud olduğu 7 ay ərzində hərbçilərin xahişi ilə 3,3 milyard qriven (81 milyon dollardan çox) üçün demək olar ki, 1 600 dron müqaviləsi bağlanıb. Onların bəziləri Ukrayna istehsalçılarının dronlarıdır”, - İqtisadiyyat Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Nazirin sözlərinə görə, Ukraynanın PUA bazarı böyük potensiala malikdir.

"Hökumət komandası ilə birlikdə istehsalçılarımızı dəstəkləmək və bir çox bürokratik məsələləri sadələşdirmək üçün sistemli şəkildə işləyirik. Bu, biznesin inkişafına imkan verəcək", - Mixail Fedorov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: