Türkiyənin müdafiə naziri: "İsveç və Finlandiya öhdəliklərini yerinə yetirmir"

A- A A+

“Türkiyə NATO-nun “açıq qapı” siyasətini dəstəkləyir”.

NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Çexiyada yüksək rütbəli rəsmilərlə görüşündə deyib.

O bildirib ki, İsveç və Finlandiya ötən ilin iyun ayında imzalanan üçtərəfli müqavilənin tələblərini yerinə yetirmir: “Terror təşkilatlarına dəstəyin dayandırılması istiqamətində ciddi addımlar gözləyirik. Xüsusilə terrorla mübarizə Türkiyə ictimaiyyəti üçün həssas mövzudur”.

Qeyd edək ki, ötən ilin iyunda Madriddə imzalanan sazişə görə, Türkiyə İsveç və Finlandiyanın Alyansa üzvlüyünə razılıq verməsi üçün bu dövlətlər terrorçulara dəstəyi dayandırmalıdır, axtarışda olan terrorçuları Ankaraya təhvil verməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: