Şoyqu: “Rusiya Silahlı Qüvvələri şəxsi heyətini 1,5 milyon nəfərə çatdıracaq”

A- A A+

“Rusiya Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinin 1,5 milyon nəfərə çatdırılması barədə qərar qəbul edilib”.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O deyib ki, Rusiyanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Rusiyada iki hərbi dairə - Moskva və Leninqrad hərbi dairələri yaradılacaq: “Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrin şəxsi heyətinin 1,5 milyon hərbi qulluqçuya çatdırmaqla bağlı qərar verib”.

S.Şoyqu əlavə edib ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının artırılması Dövlət Müdafiə Sifarişinə əsasən, silah təchizatı və infrastrukturun tikintisi ilə sinxronlaşdırılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: