Rusiya ordusunun sayının artırılması Qərbin Rusiyaya qarşı apardığı proksi müharibə ilə bağlıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunda canlı qüvvənin 1,5 milyona çatdırılması ilə bağlı suala cavabında bildirib.
Kremlin sözçüsü yeni səfərbərlik dalğasının olacağı ilə bağlı suala da cavab verib. Onun sözlərinə görə, səfərbərlik mövzusunun davam etdirilməsi daim xaricdən şişirdilir. Peskov səfərbərliklə bağlı Vladimir Putinin bəyanatlarına diqqəti yönəltməyin lazım olduğunu söyləyib.
Bundan əlavə, Rusiya prezidentinin sözçüsü Ukrayna kəşfiyyatının Putinin Baş Qərargah rəisi Valeri Gerasimova Donbasın 2023-cü ilin martına qədər azad edilməsi barədə göstəriş verdiyi barədə iddialara da münasibət bildirib. O, Kremlin bunu şərh etmədiyini söyləyib.