Aşağı Saksoniya əyalətinin (AFR) daxili işlər naziri Boris Pistorius Almaniyanın yeni federal müdafiə naziri olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AFR-in Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində Kristina Lambrextin varisi olacaq 62 yaşlı Pistorius təcrübəli siyasi menecer kimi tanınıb. Müşahidəçilərin fikrincə, Pistorius “əsil peşəkardır, işini yaxşı bilir və ona həvalə edilmiş yeni vəzifənin öhdəsindən gələcək”.
Sosial-demokrat Pistorius çoxdan federal səviyyəli nazir vəzifəsinə layiq hesab edilirdi. Lakin onu ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri olacağı ehtimal edilirdi. Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinin öhdəsindən necə gələcək, - bunu zaman göstərər.