Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Onlardan 4-ü uşaqdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov feysbuk səhifəsində yazıb.
Bildirilir ki, həmçinin 16-sı uşaq olmaqla 79 nəfər yaralanıb, 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. Dneprdə dağılmış evin qalıqları artıq 90 faiz sökülüb.
Xilasetmə işləri davam etdirilir. Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir.