Türkiyənin İrandan aldığı təbii qazın həcmi son 2 ilin qış aylarında 30 milyard kubmetrdən 6 milyarda enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bu problemin aradan qaldırılması üçün işlərin görülməsini istəyir.