Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, həlak olanlardan 6-sı uşaqdır. Ölü sayı qarşıdakı günlərdə daha da arta bilər.
Ərazidə xilasetmə işləri davam edir.