Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.
NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadən bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “Avropanın müdafiəsində” adlı paneldə çıxışı zamanı deyib.
O, Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb: “Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər”.
A.Duda söyləyib ki, Ukraynaya daha çox hərbi yardım göstəriləcək: “Varşava Kiyevə əhəmiyyətli hərbi yardım edir".
Qeyd edək ki, bir müddət əvvəl Polşa hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi barədə qərar qəbul edib.