Somalidə döyüş zamanı 20-dən çox silahlı öldürülüb

A- A A+

Somalidə hökumət qüvvələri çərşənbə axşamı günü ölkənin cənubundakı ordu bazasına hücum edən 21 “Əş-Şəbab” silahlısını öldürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Garowe informasiya portalı Somali Müdafiə Qüvvələrinin rəisinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, döyüşlərin gedişində hökumət qüvvələri 5 əsgərini itirib.

Hücum ordu bazasının qapılarında bomba yüklü üç avtomobilin partladılması ilə başlayıb. Ölənlər arasında briqada komandirinin də olduğu bildirilir.

Bu arada Livanın “Al Mayadeen” telekanalı 20 Somali əsgərinin həlak olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: