Ötən il Çinin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə azalmağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.
"Ötən il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub", - hesabatda deyilir.