Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.
Helikopter qəzasında ümumilikdə üçü uşaq olmaqla 18 nəfərin öldüyü bildirilib.
Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.