Ali Radanın vergi komitəsinin rəhbəri Danil Qetmantsev Ukraynanın 2022-ci il dövlət büdcəsindən Silahlı Qüvvələr üçün xərclənən vəsaitin həcmini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, teleqramda yazıb.
Danil Qetmantsevin istinad etdiyi Dövlət Xəzinədarlığının məlumatına görə, xərclərin məbləği 1 trilyon qrivna təşkil edib. Fevralın 24-dən etibarən 1003,5 milyard qriven (27,3 milyard ABŞ dolları) və ya dövlət büdcəsinin ümumi fondunun göstərilən dövr üçün bütün xərclərinin 45%-i Ukrayna hərbçilərinin maaşlarının ödənilməsinə, ordu üçün mal və xidmətlərin alınmasına sərf edilib.
2022-ci il ölkənin təhlükəsizliyi və müdafiəsi üçün ümumi xərclər daha çox olub - 1536,6 milyard qrivna (41,8 milyard ABŞ dolları) və ya 2022-ci il üçün büdcə xərclərinin 57%-i.