ABŞ Prezidenti Co Baydenin vəkili məxfi sənədlər barədə iş üzrə dindirilib

A- A A+

Federal müstəntiqlər ABŞ prezidentinin analitik mərkəzində və evində vitse-prezidentlik (2008-2016) dövrünə aid məxfi sənədlərin aşkarlanması işi üzrə Co Baydenin vəkili Patrik Muru dindiriblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, CNN telekompaniyası bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Prezidentin yaxın ətrafından bir neçə nəfərin, o cümlədən onun sabiq köməkçisi Keti Çanqın da dindirildiyi bildirilir.

Co Baydenin ofisində məxfi sənədlərin aşkarlanması barədə məlumat Birləşmiş Ştatların Baş prokurorluğuna ötən il noyabrın 4-də daxil olub, dekabrın 20-də belə sənədlər hazırkı prezidentin evində də tapılıb. CNN-in mənbələri bildiriblər ki, həmin sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları yer alıb.

Yanvarın 12-də Baş prokurorluq Co Baydenin məxfi sənədləri lazımi qaydada saxlamaması barədə təhqiqata başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: