Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefa verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 7-si onun vəzifəsinin sonuncu günü olacaq. Seçkilər oktyabrın 14-nə təyin edilib.
“Mən insanam, siyasətçilər də insandır. Əlimizdən gələn qədər hər şeyi edirik. Sonra isə vaxt başa çatır. Artıq mənim üçün vaxtdır”, - deyə o bildirib.
Qeyd edək ki, Ardern 2017-ci ildə 37 yaşında baş nazir seçilərkən hökumətə rəhbərlik edən dünyanın ən gənc qadınlarından biri olub.