Avropa İttifaqı Şurasının Prezidenti Kiyevə yola düşüb

A- A A+

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, bu barədə tviterdə yazıb.

“Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar”.

O bildirib ki, Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı var: “Və onlar bu dəstəyə layiqdirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: