Ermənistanda hərbi hissədə hərbçilərin ölümü ilə nəticələnən yanğınla bağlı istefa dalğası davam edir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 2-ci korpus komandirinin müavini, briqadanın Baş Qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, briqada komandirinin təminat məsələləri üzrə müavini, polkovnik-leytenant Qor Aheyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Kazaryan və mühəndis-istehkam bölüyünün komandiri, kapitan Qor Sarkisyan vəzifələrindən azad ediliblər.
Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.