Beynəlxalq hesablaşmalarda avronun payı azalır

A- A A+

Beynəlxalq hesablaşmalarda avronun payı 2022-ci ilin dekabrında 36,34 faiz təşkil edib. Bir il əvvəl isə həmin göstərici 36,65 faizə bərabər idi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmlər SWIFT beynəlxalq valyuta transferi sisteminin məlumatında əksini tapıb.

Avro populyarlığına görə beynəlxalq valyutalar arasında ABŞ dollarından sonra ikinci yerdədir. Son bir ildə Amerika dollarının beynəlxalq hesablaşmalarda payı 40,51 faizdən 41,89 faizə yüksəlib.

Siyahıda üçüncü yeri Böyük Britaniya funt-sterlinq tutur – onun beynəlxalq hesablaşmalardakı payı il ərzində 5,89 faizdən 6,08 faizə qədər artıb. Yaponiyanın milli valyutası olan yen bu müddət ərzində mövqeyini 2,58 faizdən 2,88 faizə çatdıraraq ən populyar dördüncü valyuta olub. Reytinqin beşinci pilləsində 2,15 faizlə Çin yuanı qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: