Ötən il Ermənistanda narkotik vasitələrin qanunsuz ticarəti 2021-ci illə müqayisədə 77% artıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə polisin fəaliyyəti haqqında illik hesabatın müzakirəsində bildirilib.
Həmçinin qeyd olunub ki, ötən il ölkədə narkotik vasitələrin internet vasitəsilə qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslaşmış bölmə yaradılıb.